Beynəlxalq koalisiyaya məxsus qırıcılar Yəməni bombalayıb, 68 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələrinin Yəməni bombalaması nəticəsində 68 nəfər ölüb. “Haber7” xəbər verir ki, məlumatı BMT-nin İnformasiya Mərkəzi yayıb. Bildirilib ki, koalisiya qüvvələri İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan və Yəmənlə Səudiyyə Ərəbistanı sərhədinə yaxın bölgəni bombalayıb. Report

DİGƏR XƏBƏRLƏR

Top