Suriyada əməliyyatda iştirak etmiş rusiyalı hərbçilərin sayı açıqlandı

İki ildən bir az artıq müddət ərzində Suriyadakı əməliyyatda 48 mindən çox rusiyalı hərbçi iştirak edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin əməliyyatda iştirak etmiş zabitlərlə görüşdə deyib. Onun sözlərinə görə, bunlar praktiki olaraq bütün hərbi peşələrin nümayəndələri olublar. V. Putin qeyd edib ki, Rusiyanın Suriyadakı Tartus və Hmyemim bazaları ölkənin milli maraqlarının qorunmasının vacib faktorudur: “Suriyadakı Hmeymim aerodromu və Tartus limanında Rusiyanın iki yerləşmə məntəqəsi daimi əsasda qalacaq və fəaliyyət göstərəcək”.

DİGƏR XƏBƏRLƏR

Top