Bakıda rekord qiymətə villa satışa çıxarılıb. "Yeniavaz.com" xəbər verir ki, 11 milyon qiymət qoyulan villa öz nəhəngliyi, əzəməti və gözəlliyi ilə diqqət çəkir. Qeyd edək ki, Bakıda satışa çıxarılan milyonluq villaların sayı çoxdur, ancaq bu qiymətə villalara az rast gəlinir. Villa paytaxtın mərkəzində yox, Qaraçuxur qəsəbəsində yerləşir.
Villa 12 sot ərazidə tikilib, 9 otaqlıdır, tikili sahəsi isə 500 kvadratdır.
Elanda bildirilir ki, villanın tikintisinə külli miqdarda vəsait ayrılıb, ancaq təcili satıldığı üçün dəyərindən qat-qat aşağı qiymətə satılır.
Həyətində bahalı ağaclar, kababxanası, istirahət otaqları, saunası var.
Villanın sənədlərinin tam qaydasında olduğu, kupçasının olduğu bildirilir.
Villa kifayət qədər baha satışa çıxarıldığı üçün insanlar tərəddüd etməsin deyə beh müqaviləsi imzalanacağı, alqı-satqının rəsmi müqavilə ilə həyata keçiriləcəyi vurğulanır.
Dəbdəbəsi ilə göz oxşayan villanın təmirində bahalı materiallardan istifadə edildiyi bildirilir.
İcazə verilmədiyi üçün həmin materiallarla bağlı məlumatlar elana yerləşdirilmədiyi qeyd olunub.
Villanın fotolarını təqdim edirik.