
Rusiya prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburq şəhərində baş vermiş partlayışı terror aktı adlandırıb. “RİA Novosti” agentliyinin xəbərinə görə, V. Putin bunu Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. "Siz bilirsiniz ki, dünən Peterburqda terror aktı törədilib", - deyə o, söyləyib. Qeyd edək ki, dekabrın 27-də Sankt-Peterburqdakı "Perekrestok" mağazasında partlayış baş verib. Nətcədə 13 nəfər yaralanıb. Hazırda yaralılardan 6 nəfəri xəstəxanada müalicə olunur. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib. Təhqiqat aparılır.APA
Tətbiqimizi yükləyə bilərsiniz