Bakıda eyni işdə çalışan işçilərin maaşında 6,5 dəfə fərq var - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 60,7 min nəfər olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, inşaat sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 1048 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 16,1 faiz azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 8,6 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 14,7 faiz artıb.

Bakının ayrı-ayrı rayonlarına gəldikdə isə qeyd edək ki, ən çox işçi Səbail, ən az işçi isə Pirallahı rayonunda işləyib. Səbail rayonunda inşaat sektorunda çalışan işçilərin sayı 10 min 30 nəfər olduğu halda, Pirallahı rayonunda inşaat sektorunda çalışan işçilərin sayı cəmi 5 nəfər olub. İnşaat sektorunda çalışan işçilərin əmək haqqı isə ən yüksək Xətai rayonunda qeydə alınıb - 1575 manat. Ən az əmək haqqı isə Xəzər rayonunda olub - 244 manat.

Paytaxt rayonları üzrə inşaat sektorunda çalışan işçilərin sayı və orta aylıq əmək haqqı belə olub:

İşçilərin orta siyahı sayı

İşçilərin orta aylıq əmək haqqı

nəfər

əvvəlki ilin müvafiq

dövrünə nisbətən,

faizlə

manat

əvvəlki ilin müvafiq

dövrünə

nisbətən,

faizlə

Bakı şəhəri -

cəmi

60 679

102,5

1 048,0

98,9

o cümlədən rayonlar:

Binəqədi

3 533

102,9

553,2

137,3

Xətai

10 551

145,4

1 575,1

93,3

Xəzər

567

2,8 d.

244,3

74,5

Qaradağ

4 727

100,1

1 133,0

76,0

Nərimanov

8 361

125,3

482,3

112,7

Nəsimi

7 628

108,9

1 127,2

110,6

Nizami

2 122

36,4

370,0

44,5

Pirallahı

5

2,5 d.

1 223,7

152,5

Sabunçu

1 948

106,1

479,1

147,8

Səbail

11 030

75,1

1 520,2

114,2

Suraxanı

1 114

93,9

802,9

103,4

Yasamal

9 092

143,0

808,8

87,2

DİGƏR XƏBƏRLƏR

Top