Alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub​ - VİDEO - YENİLƏNİB

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan və bir daha geri qayıtmayan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam etdirilir. Bu gün səhər saatlarında axtarışlara yenidən start verilib. Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və alpinistlər cəlb olunub. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.APA

10:15***


Quba rayonunda itkin düşən 3 alpinistin - Babur Hüseynov, Namin Bünyadzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Axtarışlara FHN-nin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.

Axtarış işlərinə əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.Xezerxeber

Quba

DİGƏR XƏBƏRLƏR

Top