
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16 milyard 601 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 7 milyard 539,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 9 milyard 61,4 milyon manata bərabər olub.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat daha çox vəsait xərcləyb.
2017-ci ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim, ayyaqqabıların, 4,9 faizi elektrik malları və mebelin, 2,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,2 faizi əczaçılıq və tibbi malların, 6,9 faizi avtomobil yanacağının, 25,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
İstehlak məhsullarının 19,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-noyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98 faizi hüquqi şəxslərdən, 2faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.
Tətbiqimizi yükləyə bilərsiniz