Bakıda ən yüksək əmək haqqının kimlərə verildiyi AÇIQLANDI

Bu ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,7 faiz artaraq 782,9 manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top