
Rəsmi Kiyev ilə separatçı Donetsk və Luqansk xalq respublikaları arasında əsirlərin mübadiləsinə başlanılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Ukraynanın şərqindəki münaqişə ərzində əsirlərin ən irimiqyaslı mübadiləsidir. Daha əvvəl verilən məlumata görə, Kiyev qarşı tərəfə 306 nəfər verməyə hazırdır. Separatçılar isə bunun müqabilində 74 vətəndaşı Kiyevə verəcək. Əsirlərin mübadiləsi neytral zonada həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz