Tbilisinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib

Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub. Səfirlikdən əlavə olaraq bildirilib ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib.APA

DİGƏR XƏBƏRLƏR

Top