Mobil telefonların neçə faizi smartfonların payına düşür?

Hazırda dünyada mobil telefon istifadəçilərinin sayının təxminən 4 milyard 770 milyona çatdığı bildirlir. Yeniavaz.com xəbər verir ki, dünyada mobil telefon istifadəçilərinin sayının 2019-cu ildə 5 milyardı keçəcəyi təxmin edilir. 2016-cı ildə dünya əhalisinin təxminən 62,9 faizi mobil telefona sahib olub. Bu rəqəmin 2019-cu ilə kimi 67 faizə qədər artacağı proqnozlaşdırılır. Ən çox mobil telefon istifadəçisinin Çində olacağı bildirilir. 2019-cu ildə bu ölkədə 1,5 milyarddan çox mobil telefon istifadəşisi olacaq. Bu rəqəmin Hindistanda 1,1 milyarddan çox olacağı gözlənilir.

2014-cü ildə bütün mobil istifadəçilərinin təxminən 38 faizi smartfon istifadəçiləri olub. 2018-ci ilədək bu rəqəmin 50 fazidən çox olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top