
Moldova Prezidenti İqor Dodon ölkəsi üçün Rusiya qazının qiymətinə 10-15 faiz endirim edilməsi xahişi ilə “Qazprom”un rəhbəri Aleksey Millerə müraciət edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İ. Dodon özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, son illər Moldova üçün qazın qiyməti iki dəfədən çox azaldılıb, müvafiq olaraq son istehlakçı üçün də qazın qiymətini azaltmaq lazımdır: Bu, son istehlakçı üçün qazın tarifini daha da azaltmağa imkan yaradacaq və bütün mal və xidmətlərin ucuzlaşmasına zəncirvari reaksiya verəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz