Ölkəyə 210 qutu pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Yeniavaz.com"a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top