Mingəçevirdə sələmçinin evini yardılar - FOTOLAR

Mingəçevir şəhərində mənzildən oğurluq olub. "Yeniavaz.com" xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 13, mənzil 10 ünvanında qeydə alınıb. Belə ki, dünən günorta saatlarında şəhərdə sələmçiliklə məşğul olan Qaragilə İsmayılovanın mənzilinə daxil olan naməlum şəxslər 15 min manatdan çox nağd pul və qızıl-zinət əşyaları oğurlayıblar.

İddialara görə, Qaragilə İsmayılova sələmçiliklə məşğul olurmuş. Hadisənin sələmçiliklə əlaqəli olub-olmadığı dəqiq deyil. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top