
Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq dekabrın 27-də saat 10:00-dan 15:00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. “Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir”, - deyə məlumatda vurğulanıb.APA
Tətbiqimizi yükləyə bilərsiniz