
İsrail polisi Qüdsün fələstinlilərin yaşadığı rayonlarda 16 yeni polis məntəqəsi açmağı planlaşdırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün həmçinin polisin baş ofisinin tikilməsi, şəhər hüdudlarında İsrail sərhədlərinin mühafizəsinin gücləndirilməsi, Dəməşq qapıları ərazisində polis qülləsinin ucaldılması nəzərdə tutulub. İsrail hakimiyyəti plan çərçivəsində qapıları təmir edəcək, yollar tikəcək və 40 kamera quraşdıracaq.
Tətbiqimizi yükləyə bilərsiniz