
Yaponiyada “ət yeyən bakteriyalar”ın yaydığı infeksiya səbəbindən 2017-ci ildə ölkə üzrə 525 adam infeksiyaya yoluxub. “Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Milli İnfeksiya Xəstəlikləri İnstitutundan deyiblər. İnstitutdan bildiriblər ki, həmin şəxslər strepetokok zəhərli şok infeksiyasına yoluxublar. Xalq arasında “ət yeyən bakteriyalar” kimi tanınan infeksiya xüsusilə uşaqlar arasında strepetokok boğaz ağrısı ilə başlayır. Xəstəliyin irəliləməsi ilə ölümlə nəticələnə bilən infeksiyanın əlamətləri ayaq və əllərdə ağrı və şişmə, habelə yüksək qızdırmadır. Bakteriya əzələ toxumalarını məhv edərək bədəndə yayılmasına və orqan çatışmazlığına səbəb olur. İnfeksiya nəticəsində baş verən ölüm halları 30 yaşından yuxarı adamlarda daha çox təsadüf olunur.
Tətbiqimizi yükləyə bilərsiniz