
ABŞ BMT-nin 2018-2019-cu il büdcəsinin əhəmiyyətli dərəcədə azaldılmasına nail olub.
“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın BMT yanında daimi nümayəndəliyi bəyan edib ki, BMT-nin büdcəsi 285 milyon dollar həcmində kəsilib. Azalma, həmçinin BMT-nin idarəetmə və dəstək üzrə bir sıra funksiyalarını da əhatə edir.
Qeyd edək ki, BMT-nin 5,39 milyard dollar həcmində olan 2018-2019-cu il büdcəsi ötən həftə sonu təşkilatın Baş Assambleyası tərəfindən qəbul olunub. Ölkələrin büdcəyə ödənişləri ÜDM-nin orta göstəricisi və adambaşına düşən gəlir əsasında hesablanır. Ən böyük ödənişi ABŞ edir.
Tətbiqimizi yükləyə bilərsiniz