
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli, Sevinc və Sevil bacıları ilə birlikdə imkansız ailələr üçün yardım kampaniyası təşkil edib.
Bu barədə Murad Qulubəyli şəxsi Instagram hesabında paylaşım edib.
Mağazadan alınan çox sayda ərzaq məhsulları imkansız ailələrə paylanılıb. Gənclərin bu addımı sosial şəbəkədə çox xoş qarşılanıb.
Yeni il ərəfəsində imkansız ailələri sevindirən gənclər nümunəvi addım ataraq hər kəsin rəğbətini qazanıb. Baku.ws
Həmin görüntüləri təqdim edirik:
video
Tətbiqimizi yükləyə bilərsiniz