
Melatonin beyində olan epifiz vəzinin ən əsas hormonudur. Bu hormon bədənimizdə, əsasən, gecə 23:00-dan səhər 05:00-a qədər ancaq biz yuxuda olarkən ifraz olunur.
Bu hormonun əsas vəzifəsi bədənin bioloji saatını qorumaqdır. Melatonin başqa faydaları da vardır:
1. Melatoninin ifraz olunması insanı xərçəng xəstəliyindən qoruyur.
2. Qocalmanı gecikdirir.
3. İmmun sistemini gücləndirir.
4. Qəlb və damar xəstəliklərini azaldır.
5. Ən əsası isə, abituriyentlərin gündüz oxuduqları dərslərin gecə beyində sistemləşməsini həyata keçirir.
Gec saatlarda yatdığımız zaman gündüz oxunan dərslər beyində qarmaqarışıq olur. Buna görə də abituriyentlərə vacib tövsiyəmiz budur ki, ən gec 23:00-da yatsınlar. Səhər 05:00-dan tez yuxudan oyanmasınlar.
Gecə az yatan və yaxud yatmayan adamların orqanizmi yorulur və o, tez yaşlanır. Çünki gecə oyaq qaldığınızda melatonin hormonu ifraz oluna bilmir.
Elektromaqnit sıxlığı da melatonin hormonunun ifraz olunmasına mənfi təsir edir. Ona görə də gecə yatarkən televizoru və işıqları söndürün. Mobil telefonu özünüzdən mümkün qədər uzağa qoyun. Özünüzü qoruyun. Belə bir deyim var: "Sağlam bədəndə sağlam ruh olur".
Rafiq Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz