
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidə bank yarmağa cəhd edən 5 nəfərdən ibarət cinayətkar dəstəni saxlayıb. Gürcüstan DİN-nin məlumatına görə, saxlanılan dəstə bank filialına silahlı hücum edərək böyük məbləğdə pul oğurlamağı planlaşdırıb. DİN-nin Cinayətkarlığa qarşı Baş İdarəsinin həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində dəstə üzvləri bank filialının yaxınlığında saxlanılıb. Onlardan 2 odlu silah, tapança və patronlar müsadirə olunub. Cinayətkar dəstə üzvlərini 6 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. APA
Tətbiqimizi yükləyə bilərsiniz