
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb. Reuters agentliyinin xəbərinə görə, bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında terrorçu-kamikadze Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin qarşısında özünü partladıb. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. APA
Tətbiqimizi yükləyə bilərsiniz