Kənd məktəbində yaddaqalan gün: Şagirdlərin dərsə davamiyyəti artdı - VİDEO - FOTOLAR

İmişli rayonu Xəlfəli kənd tam orta məktəbində bilik yarışı keçirilib.

“Yeniavaz.com” xəbər verir ki, Həmrəylik Gününə həsr edilmiş "Həmrəy olaq" adlı yarış tarix, məntiq, ana dili, kimya fənləri üzrə keçirilib.

Bilik yarışı həmin məktəbdə çalışan gənc müəllimlərin təşkilatçılığı ilə baş tutub.

Yarış 1 qrupda 6 nəfər olmaqla 3 qrup arasında keçirilib. Bilik yarışı kənd məktəbinin şagirdləri tərəfindən sevinc və maraqla qarşılanıb. Bunu nəzərə alan müəllimlər hər ay belə yarış keçirməyə qərar veriblər.

Yarışmanın təşkilatçısı, gənc müəllim Şaiq Məmmədovun sözlərinə görə, yarışmadan sonra şagirdlərin məktəbə davamiyyətində artım müşahidə olunub.

Bilik yarışı 6, 7, 8, 9 və 10-cu sinifləri əhatə edib.

Bilik yarışının qalibi “Zəka” komandası olub. Qalib komandanın üzvləri Qubadov Əliverdi, Mikayılov Qənimət, İsayev Qüdrət, Balakişiyeva Firuzə, Nurullayev Əliqulu, Cəfərov Elşən yarışın sonunda “Təltifnamə” ilə mükafatlandırılıb.

video

DİGƏR XƏBƏRLƏR

Top