
Rusiyanın xaricdə hərbi bazalar yaratmaq məqsədi yoxdur.
"Yeniavaz.com"un "Lenta.ru" internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, digər dövlətlərdən fərqli olaraq Moskva hərbi ekspansiyanın tərəfdarı deyil.
S. Lavrov qeyd edib ki, Rusiya gücünü həkk etmək naminə xaricdə baza yaratmağa çalışmır. Xatırladaq ki, hazırda Rusiyanın Abxaziya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Dnestryanı, Cənubi Osetiya, Suriya ərazisində hərbi hissələri və birləşmələri var.
Tətbiqimizi yükləyə bilərsiniz