
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir. 20 çarpayılıq doğum evinin inzibati binası ən müasir səhiyyə avadanlıqları və cihazları ilə təchiz olunub. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi quraşdırılıb ki, bunun da köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkün olacaq. Tibb ocağında yeni doğulanların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb. Həmçinin laboratoriyalarda da ən son texnoloji avadanlıqlar quraşdırılıb. Binanın ətrafı da abadlaşdırılıb, yaşıllıqlar salınıb. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülən işlərlə yaxından tanış olub, tövsiyələrini verib. AZƏRTAC
Tətbiqimizi yükləyə bilərsiniz