Soçidə keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresində 1,7 minədək nəfər iştirak edə biləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. M. Boqdanovun sözlərinə görə, onlar konstitusiya komissiyasını formalaşdıracaqlar və xalqdan ümumi mandat alacaqlar: “Bütün xalqın nümayəndələri hər məsələ üzrə, o cümlədən konstitusiya islahatının işə salınması üzrə legitimliyin mənbəyidir. Bunun üçün xüsusi işçi qruplar yaradılacaq, onlar sonra Cenevrədə bir araya gələ biləcəklər. Yəni konstitusiya hazırlanacaq, çünki konstitusiya əsasında seçkilər keçiriləcək, seçkilər əsasında isə yeni icra hakimiyyəti orqanları formalaşdırılacaq”. Xatırladaq ki, Suriya Milli Dialoq Konqresi yanvarın 29-30-da Soçidə keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz