
Rusiyanın Kamçatka diyarı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 161 km şimal-şərqdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.
Bundan əvvəl dekabrın 23-ə keçən gecə Sakit okeanın Kamçatka sahillərində 5,1 və 6,4 bal gücündə daha iki zəlzələ qeydə alınıb.
Dağıntı və xəsarət qeydə alınmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz