
İsrail ötən gün BMT-nin Baş Assambleyasında Qüdslə bağlı qəbul edilən qətnamədən sonra Qüdsdə zorakılığını davam etdirir. "Yeniavaz.com"un "Sözcü" qəzetinə istinadən verdiyi məlumata görə, İsrail polisi Qüdsdə qadınlar və yaşlılar daxil olmaqla hər kəsə qarşı kobud müdaxilə edib. İsrail əsgərləri Ramalla şəhərinin Beytil qəsəbəsində Cümə namazından sonra fələstinli nümayişçilərə müdaxilə edib. İsrail polisi və hərbçiləri İordan çayının qərbində və Qüdsdə koordinasiya quraraq qadın, kişi və yaşlılar arasında fərq qoymadan zorakılığa əl atıb. Yaralanan nümayişçiləri götürməyə çalışan İsrail əsgərləri müqavimət göstərən etirazçıları dağıtmaq üçün havaya atəş açıb. İsrail hərbçilərinin kobud müdaxiləsi zamanı bir jurnalist də yaralanıb. Yaralanan jurnalist xəstəxanaya yerləşdirilib. İsrail əsgərlərinin fələstinli nümayişçilərə qaz bombaları atması davam edir. İsrail hərbçilərinin etirazçılardan birinin şalvarını aşağı çəkməsi etiraza səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz