
Gəncədə yaşayış evində yanğın olub. Hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. APA
Tətbiqimizi yükləyə bilərsiniz