Minimum əməkhaqqı və qiymətlər: 40 İL ƏVVƏL və İNDİ... CƏDVƏL

Azərbaycanda minimum əməkhaqqının məbləği sonuncu dəfə ölkə Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə artırılıb və 116 manat olaraq müəyyən edilib. Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, 40 il əvvəl - 1977-ci ildə o dövür üçün qüvvədə olan minumum əməkhaqqına daha çox məhsul almaq mümkün olub, nəinki indi. 15 adda məhsulun (xidmət) 40 il əvvəl və indiki qiymətlərini müqayisə etdiyimiz zaman məlum olur ki, o dövürdə daha çox məhsul (xidmət) almaq mümkün olub. Məlumat üçün qeyd edək ki, 1977-ci ildə bütün SSRİ ərazisində olduğu kimi Azərbaycanda da tək pul vahidindən - rubldan istifadə olunub. 40 il əvvəl ABŞ dollarının məzənnəsi 63 qəpiyə (0,63 rubl) bərabər olub. Onu da bildirək ki, SSRİ-də minimum əməkhaqqı 26 noyabr 1971-ci ildə Ali Sovetin qərarı ilə 50 rubldan 70 rubla qaldırılıb və müqayisə apardığımız 1977-ci ildə də bu qərar qüvvədə qalıb. Belə olan halda, 1977-ci ildə minimum əməkhaqqı 111 dollar (1 dollar-63 qəpik), 2017-ci ildə isə 68 dollar (1 dollar-1,7 manat) təşkil edib. Aşağıda qeyd etdiyimiz 15 adda məhsulun ümumi qiyməti 1977-ci ildə 86,3 dollar və ya minimum əməkhaqqından 24,7 dollar az, 2017-ci ildə isə 108,4 dollar və ya 40,4 dollar çox olub.

DİGƏR XƏBƏRLƏR

Top