
Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-dakı seçkilərə müdaxiləsinə dair çoxsaylı dəlillər var.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Bununla belə, o qeyd edib ki, Rusiyanın Böyük Britaniyadakı seçkilərə uğurla müdaxiləsi barədə heç bir sübut yoxdur: “Ümid edirəm ki, bu səhifə çevriləcək və biz keçmişi geridə qoyaraq irəli addımlayacağıq”.
S. Lavrov isə bildirib ki, Qərb Rusiya müdaxiləsi mövzusunu uydurub və onun əsirinə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz