Mingəçevir avtovağzalında yenilik

Ölkə daxilində iri nəqliyyat vasitələri və onları idarə edən sürücülərin yoxlanılmadan sərnişin daşımasına icazə verilməyəcək. Bu qaydalar 600 nəfər sürücü və 300-ə yaxın nəqliyyat vasitəsinə tətbiq olunacaq. Respublikamızın müxtəlif şəhər və rayonları istiqamətində sərnişin daşıyan mikroavtobuslar və avtobuslar xəttə buraxılmamışdan öncə texniki baxışdan keçiriləcək. Sürücülər isə tibbi müayinə olunacaq. Mingəçevir şəhər "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimov deyir ki, bu məqsədlə kompleksdə Tibbi-Texniki Müayinə Mərkəzi yaradılıb.

Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimov "Yeniavaz.com" saytına bildirdi ki, sürücülər və maşınlar texniki və tibbi müayinədən sonra xəttə çıxacaqlar. Avtovağzal rəhbərinin sözlərinə görə, müayinələr xəttə çıxmamışdan 1 saat öncə aparılacaq. Texniki nasazlıq aşkarlanan nəqliyyat vasitəsi başqası ilə əvəzlənəcək.

Sürücülər isə bildirirlər ki, müayinələrin aparılması həm özlərinin, həm də sərnişinlərin təhlükəsizliyi baxımdan əhəmiyyətli olacaq. Gediş-gəliş rahatlaşacaq.

Sürücüər Arif Hüseynov, Nahid Mustafayev, Elçin Zeynalov qeyd ediblər ki, bu baxış qəzaların qarşısını alı

Qeyd edək ki, texniki və tibbi yoxlamalara gələn ilin yanvarından start veriləcək. Hazırda avtovağzalda 300-ə yaxın nəqliyyat vasitəsi və 600 nəfər sürücü sərnişinlərə xidmət göstərir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top