Rusiya baş nazirinin müavini Vitali Mitko RF Futbol Federasiyasının prezidenti vəzifəsindən könüllü gedəcək.
Bu barədə etibarlı mənbələrə istinadən "Kommersant" nəşri yazır.
Mutkonun istefası Rusiya futboluna dopinq qalmaqalı ilə əlaqədar edilən təzyiqlərlə bağlıdır. Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, dopinq qalmaqalına görə məsuliyyət məhz Vitali Mutkonun üzərinə düşür. Öz növbəsində FİFA-da Mutkonun əvəz olunmasına təkid edir.
Qeyd edilir ki, onun yerinə DÇ-2018-in təşkilat komitəsinin baş katibi Aleksey Sorokin gətiriləcək. oxu.az

Tətbiqimizi yükləyə bilərsiniz