Toya gələn pələng qonaqları dama çıxartdı - VİDEO

Hindistanda keçirilən toya dəvətsiz gələn qonaq hər kəsi qorxuya salıb.Masulxapa adlı kənddə olan toy açıq havada baş tutub. Qonaqların çox olduğu bir anda meşədən çıxan pələng mərasim keçirilən yerə tərəf gəlməyə başlayıb.

Qonaqlar qorxu və təşvişlə dərhal gizlənməyə, evlərin damına çıxmağa başlayıblar. Toy evinə gələn heyvan isə qablar olan masaların arasında gəzməyə başlayıb. Bir müddət gəzdikdən sonra o gəldiyi yerə - meşəyə qayıdıb.

Qonaqlar pələngin gəzintisini videoya çəkə biliblər. Kadrda insanların qorxu ilə neçə qışqırdıqları da eşidilir. Kimsə dua edir, kimsə pilləkənları yoxlamağı tələb edir ki, heyvan onların yanına qalxa bilməsin.

Qeyd edək ki, bir müddət öncə də pələng meşədə keçi otaran qadına hücum etmişdi. Qadını xilas etmək mümkün olsa da, vəhşi heyvan keçini parçalayıb. Mütəxəssislərin fikrincə, pələng yaşayış yeri uğrunda mübarizədə öz həmcinsinə uduzub. Bunun üçün də insanların daha sıx yaşadığı yerlərə gəlib. İstiPress

vv

DİGƏR XƏBƏRLƏR

Top