
Suriyada atəşkəsin təminatçıları olan Rusiya, Türkiyə və İran Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə 23 kürd nümayəndəsinin iştirakına dair razılığa gəlib.
“Yeniavaz.com”un “Sözcu” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi konqresdə iştirak etməli olan kürdlərin də yer aldığı 1490 nəfərlik siyahı təqdim edib. Türkiyə hələlik 23 kürd təmsilçinin qatılmasına razılıq verob.
Ankara siyahı üzərində çalışacağını bəyan edib, ancaq hansısa etirazını bildirməyib. Suriya Milli Dialoq Konqresinin yanvarın 29-30-da keçirilməsi planlaşdırılır. Türkiyə konqresdə PYD/YPG-nin iştirakına qarşıdır.
Tətbiqimizi yükləyə bilərsiniz