.jpg)
“Forbes” jurnalı 2018-ci ildə biznesin aparılması üçün ən münasib ölkələrin reytinqini tərtib edib.
“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Böyük Britaniya ilk dəfə olaraq “Forbes”ın biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqinə başçılıq edib. Britaniya “Brexit” prosedur səbəbindən mənfi proqnozlara baxmayaraq, iqtisadi göstəricilərini yaxşılaşdırıb. Ardıcıl 12-ci dəfədir tərtib edilən reytinqdə Britaniya ötən il altıncı olub. 2016-cı ildə Böyük Britaniyanın ümumu daxili məhsulu (ÜDM) 1,8 faiz artıb və bu göstərici üzrə “Böyük yeddilik” ölkələri arasında yalnız Almaniyadan (1.9 faiz) geri qalır.
Ötən il reytinə başçılıq etmiş İsveç bu dəfə dördüncü pilləyə düşüb. Yeni reytinqin ilk beşliyinə daxil olan Yeni Zelandiya ardıcıl üç ildir ikinci yerini qoruyub. Ölkə “bürokratiyanın olmaması”, “korrupsiyanın çox aşağı səviyyəsi” və “mülkiyyət hüququ” kimi meyarlar üzrə siyahıda birincidir. İlk beşlikdə, həmçinin Niderland və Kanada da var.
Tətbiqimizi yükləyə bilərsiniz