
Azərbaycanda işləməyən qadınların sayı işləməyən kişilərin sayından çox olsa da, işsizlik statusu alan kişilərin sayı qadınların sayından çox olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda iqtisadi fəal insanların 48,7%-ni və ya 2 milyon 439,5 min nəfərini qadınlar, 51,3%-ni və ya 2 milyard 573,2 min nəfərini kişilər təşkil edib. Qadınların 57,5%-i və ya 145,3 mini, kişilərin isə 42,5%-i və ya 107,7 mini işsiz olub. İşsiz statusu alan qadınların sayı 12,6 min nəfər olduğu halda, kişilər sayı 20,4 min nəfər olub. Bu həm də o deməkdir ki, işsizlik müavinəti qadınlardan daha çox kişilərə verilir.
Tətbiqimizi yükləyə bilərsiniz