
Avstraliyanın Melburn şəhərindəki ticarət mərkəzlərinin birində partlayış baş verib.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış “Babyside” ticarət mərkəzində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə partlayış olub.
Xatırladaq ki, Melburnda bu gün naməlum şəxs idarə etdiyi avtomobili qəsdən piyadaların üzərinə sürüb. İnsident nəticəsində 19 nəfər ağır xəsarət alıb. Saxlanılan sürücünün hadisəni hansı niyyətlə törətdiyi hələ məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz