
Bakıda qətl törədilib. Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib. M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. APA
Tətbiqimizi yükləyə bilərsiniz