Vahid Mustafayev yeni təşkilat yaratdı

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yeni təşkilat yaradıb. "Yeniavaz.com" xəbər verir ki, bunu V. Mustafayev sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihəsi (www.amkad.org) yaradıblar!

"Həmişə demişəm ki, İncəsənət - yaşadığımız real həyatın yanında daha insani Həyat yaratmaq cəhdidir! Təəssüf ki, vaxtı ilə Sənətin İncilərini görə bilən Azərbaycan gözləri bu gün Para-Para olub səviyyəsiz nanKORların ciblərində eşələnir...
Sirr deyil ki, bu gün Azərbaycan İncəsənəti özünün ən ağır günlərini yaşayır... və paradoks ondadır ki, xalqımızın gözlərindən bu qara vəsməni məhz İncəsənət özü silə bilər.
Bu səbəbdən biz Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihıəsi (www.amkad.org) yaratdıq! AMKAD ölkənin hər bir vətəndaşından imkanı çatmadığı Yaradıcılıq layihələrinə Dəstək olmaq üçün Müraciətlər qəbul edir. Bundan əlavə, Azərbaycan haqqında film çəkən xarici vətəndaşlar da AMKAD-dan dəstək ala bilərlər.
Əziz Dostlar, Azərbaycan naminə Yaradın və Heyran edin - unutmayın ki, Dahilər öz Həyatlarını İncəsənətə, Cılızlar isə incəsənəti öz həyatlarına qurban verirlər",-deyə Vahid Mustafayev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top