Səudiyyə Ərəbistanı hərbi sahəyə 56 milyard dollar ayırıb

Səudiyyə Ərəbistanı Krallığının dövlət büdcəsinin 21,5 faizi, yəni 56 milyard dollar hərbi sahəyə ayrılıb. "Anadolu" agentliyi xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Nazirliyi yayıb. Büdcənin 10,3 faizi (27 milyard dollar) təhlükəsizlik məsələlərinə, 19,7 faizi (52 milyard dollar) təhsilə, 15 faizi (39 milyard dollar) səhiyyə sahəsinə ayrılıb. Ümumilikdə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının 2018-ci il üçün dövlət büdcəsi 260,8 milyard dollar müəyən edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top