İranın sabiq vitse-prezidenti 63 il müddətinə azadlıqdan məhrum edildi


İranın keçmiş vitse-prezidenti Həmid Rza Bakai 63 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunur. Qeyd olunur ki, məhkəmə keçmiş vitse-prezidenti iri məbləğdə dövlət vəsaitini sərf etməkdə və 63 fərqli bank hesabı açmaqda təqsirli bilib. Qeyd edək ki, H.R.Bakai Mahmud Əhmədinejadın prezidentliyi dövründə 2005-ci ildən 2013-cü ilədək vitse-prezident vəzifəsini tutub.Trend

DİGƏR XƏBƏRLƏR

Top