Fəlakətlərin səbəb olduğu ümumi iqtisadi itkilərin miqdarı hesablanıb

2017-ci ildə təbii və texnogen fəlakətlər nəticəsində ümumi iqtisadi itkilərin məbləği ötən illə müqayisədə 63 faiz artaraq təqribən 306 milyard dollar təşkil edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin “Swiss Re” təkrar sığorta cəmiyyətinin məlumatında deyilir. Bildirilir ki, ABŞ “Harvi”, “İrma” və “Mariya” qasırğaları nəzərə alınmaqla daha çox zərər görüb: “2017-ci ildə qasırğalar mövsümü ABŞ-da 2005-ci ildən bəri ən çox xərc yaradıb”. 2017-ci ildə dünya üzrə fəlakətlər nəticəsində 11 mindən çox adam həlak olub və ta itkin düşüb ki, bu da 2016-cı ildə qeydə alınmış göstərici ilə təqribən eynidir.

DİGƏR XƏBƏRLƏR

Top