
Bu gün Yerevanda, "Novosti-Armeniya" mətbuat mərkəzində "Azerichild.education" adlı veb-saytın təqdimatı keçirilib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu saytın yaradılmasına Ermənistan Prezident Aparatının İctimai Əlaqələr və İnformasiya Mərkəzi tərəfindən dəstək verilib. Saytın ideya müəlliflərindən biri, politoloq Anjela Əlibəyli bildirib ki, belə bir saytın yaradılmasında məqsəd Azərbaycan məktəblərində ermənilərə qarşı aparılan təbliğatı dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Qeyd edək ki, 2 dildə - ingilis və rus dillərində fəaliyyət göstərən bu saytda Azərbaycanın orta məktəblərində tədris olunan dərsliklərdə ermənilərlə bağlı məqamlar göstərilir. Anjela Əlibəyli iddia edib ki, Azərbaycanda məktəblilərə ermənifobiya aşılanır. Erməni politoloq bildirib ki, onlar Azərbaycanın orta məktəblərində tədris olunan bütün dərslikləri tək-tək toplayaraq araşdırıblar. İddia edirlər ki, Azərbaycanda orta məktəb dərsliklərində təkcə ermənilərə qarşı deyil, ruslar və gürcülərə qarşı da anti-təbliğat aparılır.
Məlumat üçün bildirək ki, "Azerichild.education" saytında yerləşdirilən məlumatlar anti-erməni təbliğatı kimi göstərilsə, bu iddialar həqiqətdən uzaqdır. Məsələn, ermənilər iddia edirlər ki, 2-ci sinif "Azərbaycan dili" dərsliyində (səh. 110) yer alan "Ermənilər Şaxtababa və Qarqızı Laçın və Kəlbəcərə buraxmırlar" cümləsi anti-erməni təbliğatıdır və guya bu azərbaycanlı uşaqlara ermənifobiya aşılayır. Yaxud başqa bir səhifədə (143) yer alan "Xocalı soyqırımı azərbaycan xalqının xatirəsindən silinməyəcək" cümləsinə irad bildirirlər ki, bu uşaqlarda erməni xalqına nifrət yaradır. Bu iddiaların nə qədər gülünc olduğu gün kimi ortadadır. Hesab edirlər ki, Qarabağın işğalı və Xocalı soyqırımı barədə məktəblilərə məlumat verilməməlidir....
Tətbiqimizi yükləyə bilərsiniz