Əvəz Zeynallı cərimələnərək sərbəst buraxılıb - YENİLƏNİB

Bu gün Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub. O, 200 manat cərimələnərək sərbəst buraxılıb. Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb.

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.Report

14:33***

Vəkili “Xural” qəzetinin dünən saxlanılan baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. E.Sadıqov müvəkkilinin ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirib: “Əvəz bəy izahatında da qeyd edib ki, bu, ona qarşı qurma oyundur. Qətiyyən razılaşmır. Əvəz Zeynallı dünən yolun bağlanmasına münasibətini bildirib. İnsanların hər gün o yola görə əziyyət çəkdiyini ictimailəşdirib. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsinin göstərişilə saxlanıldığını deyir. Məhz həmin şəxsin göstərişilə Əvəz Zeynallını tutublar”. Jurnalistin xanımı Məlahət Zeynallı Modern.az-a deyib ki, Əvəz Zeynallı bu gün Binəqədi rayon Məhkəməsinə çıxarılacaq. Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama). Modern.az

DİGƏR XƏBƏRLƏR

Top