Dünyada qiymətlərin ən çox artdığı 20 ölkə: Siyahıda Azərbaycanda var

Bu il dünyada ən yüksək inflyasiya səviyyəsi Venesuelada qeydə alınıb. Bu ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəllki illə müqayisədə 7,4 dəfə artıb. Yeniavaz.com "tradingeconomics.com" saytında yer alan məlumatlara istinadən bildirir ki, dünyada ən yüksək inflyasiya səviyyəsinin qeydə alındığı 20 ölkə arasında Azərbaycan da yer alıb. Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 11 ayında 13,4% həddində qiymət artımı qeydə alınıb. Bu nəticə ilə Azərbaycan dünyada 17-ci sırada qərarlaşıb. Dünyada qiymətlərin ən çox artdığı 20 ölkənin siyahısını təqdim edirik:

1. Venesuela - 741 %

2. Cənubi Sudan - 101,9 %

3. Konqo - 67,6 %

4. Suriya - 43,2 %

5. Mərkəzi Afrika Respublikası - 38 %

6. Sudan - 33 %

7. Misir - 26 %

8. Livan - 25,7 %

9. Anqola - 24,7 %

10. Argentina - 20,9 %

11. Syerra- Leone - 17,8 %

12. Burindi - 17,6 %

13. Nigeriya - 15,9 %

14. Haiti - 14,4 %

15. Ukrayna - 13,6 %

16. Efiopiya - 13,6 %

17. AZƏRBAYCAN - 13,4 %

18. Liberiya - 13,1 %

19. Türkiyə - 12,9 %

20. Qana - 11,7 %

DİGƏR XƏBƏRLƏR

Top