
Türkiyə ilə İran Expo 2025-in beynəlxalq sərginin Azərbaycanda keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar. Bu barədə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində deyilir. Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycan, İran və Türkiyə beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşdırıblar. APA
Tətbiqimizi yükləyə bilərsiniz