İspaniyaya gəmi gəlib - İçində 1 ton kokain...

İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib.

Polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib.

Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.

Qeyd olunur ki, bu, İspaniya polisinin son bir ay ərzində aşkar etdiyi dördüncü iri həcmdə narkotik vasitədir.

Ümumilikdə 2017-ci il ərzində İspaniyada 30 tondan çox kokain, 20 tona yaxın marixuana və 440 kiloqram heroin aşkarlandığı bildirilir. Trend

DİGƏR XƏBƏRLƏR

Top