Binəqədi yolu müvəqqəti bağlandı - FOTO

Bakının Binəqədi şosesi yenidən nəqliyyatın hərəkəti üçün bağlanıb. Belə ki, yola iri baryerlər düzülüb, yol polisləri şoseyə avtomobillərin girməməsi üçün əraziyə nəzarət edir. Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli vəziyyətə aydınlıq gətirib: "Bundan əvvəl Azadlıq prspektində xətlənmə işləri aparılıb və artıq bitib. İndi Binəqədi şosesinin bağlanması da yolda cizgilərin çəkilməsi prosesi ilə bağlıdır. Xətlər çəkilən kimi yol yenidən nəqliyyatın hərəkəti üçün açılacaq. Böyük ehtimalla, bu gün işlər tam bitəcək".Milli.az

DİGƏR XƏBƏRLƏR

Top