Rəsulzadənin həyat yoldaşının məzarı bərpa olundu - FOTO

ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin Türkiyədə tapılan məzarı bərpa olunub. Bu barədə Türkiyədə yaşayan araşdırmaçı-jurnalist Könül Şamilqızı sosial şəbəkədəki hesabında yazıb. O bildirib ki, məzar Azərbaycan Kültür və Anıtlar Dərnəklərinin dəstəyi ilə bərpa olunub: “Məzarın sadə olmasını mən istədim. Bir də üstündə həmişə çiçəklər olsun dedim. Bu hadisəyə görə çox xoşbəxt və qürurluyam”. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top